Bakı, 28 yanvar, AzərTAc
Ötən il əmək haqlarının daha yüksək artımı emal bölməsinin rezin və plastmas məmulatların, poliqrafiya fəaliyyəti, içki, elektrik avadanlığının, qida məhsullarının, kağız və karton istehsalı, geyim, toxuculuq sənayesi, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı müəssisələrində müşahidə olunub.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildiriblər ki, qeyri-dövlət sənaye müəssisələrində işçilərin orta aylıq əmək haqqı 14,9 faiz artaraq 861 manat təşkil edib.