Cazibədar model ölkənin naziri oldu (FOTO)

Cazibədar model ölkənin naziri oldu (FOTO)
07:41 28 Yanvar 2015
280 Digər
Ölkə mətbuatı
A- A+

Yunanıstan Azad Yunanlar partiyasının deputatı Yelena Kunturaya yeni vəzifə verilib.

ANS PRESS-in məlumatına görə, Yelena Kuntura Turizm naziri təyin edilib. Hərbçi qızı olaraq dünyaya göz açan Kuntura gənc yaşlarında atletika ilə məşğul olub. O, 11 yaşında ikən 100 metr məsafəyə qaçışda milli rekorda imza atıb.

1984-1996-cı illərdə modelliklə məşğul olan Kuntura bir çox moda atelyeləri ilə işləyib, məşhur makiyaj firmalarının siması kimi tanınıb.

ABŞ-ın CNN telekanalı tərəfindən “xaricdəki ən yaxşı 10 model” siyahısını təqdim edərkən onun da adını çəkmişdi.
Kuntura ingilscə, ispanca və fransıca danışa bilir. Modellik kariyerasından sonra o, 2003-cü ilə qədər bir sıra “lifestyle” jurnalın yayım redaktoru işləyib.

UNESCO daxil olmaqla, bəzi xeyriyyə qurumları ilə əməkdaşlıq edib. 2003-cü ildə isə Yeni Demokrat partiyasından millət vəkili seçilib. Dada sonra həmin partiyadan çıxaraq, Azad Yunanlar partiyasına keçib.





Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=322333

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR