x
Loading...
.

"Elə bil Mingəçeviri bombalamışdılar" - İcra başçısının müavini

"Elə bil Mingəçeviri bombalamışdılar" - İcra başçısının müavini
08:17 28 Yanvar 2015
363 Sosial
Ölkə mətbuatı
A- A+
.

Mingəçevir sakinləri şəhərlərindəki vəziyyətdən şikayətlənirlər. Müslüm Maqomayev küçəsinin sakini Milli.Az-a yazıb ki, yolları “Azərsu” qazaraq bərbad hala salıb. Sonra isə dağıtdıqları yeri təmir etməyiblər. Yağışlı günlərdə palçıq əlindən zülm çəkirik. Hər tərəfi su basır, insanlar belə vəziyyətdən çox narazıdırlar.

Mingəçecir şəhər icra başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ramiz Əliyev Milli.Az-a açıqlamasında bildirdi ki, Müslüm Maqomayev küçəsi şəhərin ən mərkəzi hissəsində yerləşir. Həmin küçə isə əsaslı təmir olunub və yol şüşə kimi düzəldilib.

Onun sözlərinə görə, yayda Avropa Olimpiya oyunları Mingəçevirdə də baş tutacaq, 44 ölkədən qonaqlar gələcək. Onların heç də hamısı Azərbaycanın dostları deyil və ona görə də Mingəçevir həmin qonaqlar üçün gözəl olmalıdır. Hazırda şəhərin hər yerində əsaslı təmir gedir, quruculuq işləri davam etdirilir. Aprel ayında isə daha gözəl olacaq.

“Ötən ilin noyabrında elə bil Mingəçeviri bombalamışdılar. Hər tərəf "Azərsu" tərəfindən qazılıb xətlər çəkilirdi. İndi vəziyyət tam başqadır”, - deyə icra başçısının müavini əlavə etdi.

Gülər
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/321288.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR