Cennifer Lopezə rəqsi ilə meydan oxuyan Nigar Camal (VİDEO)

Cennifer Lopezə rəqsi ilə meydan oxuyan Nigar Camal (VİDEO)
08:21 28 Yanvar 2015
264 Şou
Ölkə mətbuatı
A- A+

2011-ci "Eurovision" mahnı müsabiqəsində Azərbaycana birincilik gətirən (Eldar Qasımovla birlikdə) müğənni Nigar Camalın (Nikki) sosial şəbəkədə üzərində işlər gecən yeni klipindən video yayımlanıb.

ANS PRESS-in məlumatına görə, Bakı-2015" Avropa Oyunlarının badminton idman növü üzrə "Ulduz Elçi"si seçilən cazibədar müğənni Nikki sosial şəbəkədə paylaşdığı video ilə izləyicilərini heyran etməklə yanaşı, yeni klipini gözləyənlərin həyəcanını bir az da artırıb.

Videonu izləyən sosial şəbəkə izləyiciləri Nikkini Cennifer Lopez, Beyons, Nikki Minaj və Riri kimi məşhur dünya ulduzları ilə müqayisə edərək, onlardan heç də geri qalmadığını vurğulayıblar.

Nikki dostları ilə bölüşdüyü rəqs videosunda “Mənim yeni videom tezliklə gəlir” sözlərini yazıb.

O, iki həftə əvvəl isə məşq prosesləri zamanı çəkilən videosunu yayımlamışdı.

Sözügedən rəqs videosunu təqdim edirik:



Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=322336

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR