“Petkim”in ərazisində kogenerasiya bölməsi tikiləcək

09:17 28 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 28 Yanvar 2015 09:15 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki ən böyük aktivi olan “Petkim” Neft-Kimya holdinqinin ərazisində kogenerasiya bölməsi tikiləcək.

 

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, holdinqin mövcud elektrik və buxar ehtiyacı hazırda təbii qaz vasitəsi ilə ödənilir.

 

"SOCAR Power" elektrik və buxar ehtiyacının təbii qazdan daha ucuz olan idxal kömürü vasitəsi ilə ödənilməsi üçün “Petkim”in istehsalat sahəsində kogenerasiya bölməsinin (“Petkojen”) tikintisi üzrə layihəni həyata keçirir. Layihənin Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi hissəsi artıq başa çatmış, elektrik enerjisi istehsalı üzrə lisenziya prosesi isə davam etməkdədir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370622

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR