Binəqədi rayonunda bağça uşaqları üçün Yeni İl şənliyi təşkil olunub (FOTO)

Binəqədi rayonunda bağça uşaqları üçün Yeni İl şənliyi təşkil olunub (FOTO)
11:58 27 Dekabr 2014
139 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 27 dekabr /Trend/

Binəqədi rayonunda bağça uşaqları üçün Yeni İl şənliyi təşkil olunub.

Binəqədi rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata götə, Binəqədi qəsəbəsi Mərkəzi Mədəniyyət Evində gerçəkləşən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, RİH başçısı Aparatının məsul işçiləri, rayon bağçalarının uşaqları iştirak ediblər.

Tədbirdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı aktyor truppasının ifasında uşaqların böyük maraq və sevinclə qarşıladığı “Tıx-tıx xanımın nağılı” səhnələşdirilmişdir. Tədbirin sonunda uşaqlara yeni il hədiyyələri təqdim edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2348242.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR