Metroda gərginlik

Metroda gərginlik
09:36 28 Yanvar 2015
161 Digər
Ölkə mətbuatı
A- A+

Bakı metrosunda bu gün yenidən problem yaranıb. ANS PRESS-in metroda olan əməkdaşlarının verdiyi məlumata görə, nazaslıq "Həzi Aslanov" "Dərnəgül" istiqamətində hərəkət edən qatarda baş verib.

Belə ki, "Nizami" stansiyasından "Elmlər Akademisyası"na gedən qatar sərnişin dolu qatar 10 dəqiqədən artıq tuneldə qalıb. "Maşinist vaqonlardan keşərək ən sondakı qatara getdi və qatarı yenidən "Nizami" stansiyasına qaytardı. Stansiyada qalan qatardan sərnişinlər boşaldıldı. Lakin qatar hərəkətsiz vəziyyətdə bir müddət "Nizami" stansiyasında qaldı. Sərnişinlərin bir hissəsi isə stansiyadan çıxaraq yollarına avtobus, taksilərlə davam etdilər".

Qeyd eədk ki, "Nizami" stansiyasındakı problem "28 May" stansiyasında da hiss edilib. Belə ki, "Dərnəgül"ə gedən qatar istiqamətini dəyişərək "İçərişəhər" istiqamətində hərəkət edib. Nəticədə stansiyada sərnişin sıxlığı yaranıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=322351

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR