“Google”un rəhbəri Erik Şmidt Stiv Cobsu öz qəhrəmanı adlandırıb

“Google”un rəhbəri Erik Şmidt Stiv Cobsu öz qəhrəmanı adlandırıb
09:51 28 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

"Apple" və "Google"un mobil bazardakı barışmaz mübarizəsinə baxmayaraq, internet nəhənginin direktorlar şurasının sədri və keçmiş baş direktoru Erik Şmidt öz rəqibinə simpatiyasını etiraf etməkdən çəkinmir. O, "Khan Academy" konfransında "Apple"ın həmtəsisçisi Stiv Cobsu öz qəhrəmanı adlandırıb.
 
"ICTnews" elektron xəbər xidməti "macdigger.ru" saytına istinadən bildirir ki, İT sahəsindəki kumiri haqda suala Erik Şmidtin cavabı çox qısa olub: "Stiv Cobs".
 
Hər iki şirkətin mobil bazardakı amansız rəqabətinə baxmayaraq, Stiv Cobs və Erik Şmidt uzun illər dost münasibətlərini qoruyub saxlayıblar.

2006-cı ildə Şmidt "Apple"ın direktorlar şurasına daxil olub. Ancaq "alma" imperiyası ilə "Google" arasında mübarizə başlanan kimi Şmidt bu vəzifəni tərk etməli olub.
 
Emil Hüseynov
 
 
 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34993-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR