x
Loading...

Ölüm düşərgəsinin 70 ili - FOTO

Ölüm düşərgəsinin 70 ili - FOTO
09:52 28 Yanvar 2015
212 Dünya
Ölkə mətbuatı
A- A+
.

"Bizim keçmişimiz övladlarımızın gələcəyi olmamalıdır".
 
Polyakların Osvensim-Birkenau, dünyanın isə Auşvits kimi tanıdığı ölüm düşərgəsinə salınan, sağ qalmağı bacaran şəxslərdən biri belə deyib.
Dünən Polşadakı Osvensim şəhərinin yaxınlığındakı ölüm düşərgəsinə 300 nəfər toplaşmışdı. İkinci Dünya Müharibəsi illərində alman faşistlərinin nəhəng ölüm düşərgəsi yaratdığı bu məkanda yüz minlərlə insan vəhşi işgəncələrə məruz qalaraq öldürülmüşdü.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Osvensimdəki qaz kameralarında on minlərlə yəhudi boğulub, krematorilərdə yandırılıb.
70 il əvvəl, 1945-ci il yanvarın 27-də sovet qoşunları bu düşərgəni azad etmişdilər.
 
Dünənki tədbirdə dünyanın 70 ölkəsini təmsil edən nümayəndə heyətləri, dövlət və hökumət başçıları vardı.
Qonaqlar arasında "Şindlerin siyahısı" filminin müəllifi, kinorejissor Stiven Spilberq də yer almışdı.
 
Heyətlərin qarşısında isə ölüm düşərgəsində sağ qalmış 250 nəfər vardı.
 
Milli.Az
 




























































Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/321321.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR