Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət yoxlanılacaq

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət yoxlanılacaq
10:05 28 Yanvar 2015
81 Digər
Ölkə mətbuatı
A- A+

ATƏT Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 29-da Qazax rayonunun Məzəm kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Saymon Tiller keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Yevgeni Şarov və Piter Svedberq keçirəcəklər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/321343.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR