Bakıya 3D printerlər gətirilir (VİDEO)

Bakıya 3D printerlər gətirilir (VİDEO)
10:11 28 Yanvar 2015
122 Digər
Ölkə mətbuatı
A- A+

Bakı möhtəşəm beynəlxalq konfransın vətəni olacaq.

ANS PRESS-in məlumatına görə, fevralın 12-də paytaxda 3 ölçülü çapa həsr edilən “3D PRINT CONFERENCE” beynəlxalq tətbiri keçiriləcək.

Bu üç ölçülü çap texnologiyasi aləmində möhtəşəm bir hadisədir, burada ekspertlər, alimlər ,tədqiqatçilar və gələcək çapin inkişafi ilə maraqlananlar bir yerə toplaşacaqlar.

“3D Print Conference” Bakıda ilk dəfə konfrans iştirakçılarını dünyanın hər bir güşəsində yayılan və daha yayğın və əlçatan olan cürbəcür sahələrdə istifadə olunan texnologiya ilə tanış edəcək.

Konfransda Azərbaycan, Rusiya, Türkiyə, Avropa və ABŞ-dan olan bazar iştrakçıları şirkətlər müxtəlif çap texnikalarını, onun tətbiqini göstərəcək. Master klaslar təşkil edəcəklər.

Burada master-klasın iştirakçıları hər bir evdə 3D-printerlərin istifadə perspektivləri ilə tanış olmaq şansı əldə edəcək. İnteraktiv məşqələr isə ekspertlər tərəfindən keçiriləcək, onlar 3D-printerlərin çap incəliklərini göstərəcək və söz edəcəklər. Master-klasın hər bir iştirakçısı praktik bilgilər əldə edəcək, onların köməkliyi ilə vaxt və pulu qənaət edəcək, unikal və individual əşyaları öz eskizləri ilə yarada biləcəklər.

Burada iştrak edən şirkətlərin portfoliosunda da maraqlı layihələr mövcuddur. Bunlardan SOCAR üçün nəzərdə tutulan layihələr, tətdiqat üçün nüvə reaktoru, neft kəməti, neft platforması, Naftalanda voğzal, Qaz hasili üzrə zavod, beton zavodu maraqlı sayılacaq layihələrdəndir.

Konfransa 3D-çap texnologiyası ilə ilə maraqlanan və gündəlik həyatda istifadə etməyi arzulayan hər bir adam iştrak edə bilər. Tələbələr, İT sahəsini sevənləri, həmçinin elm və texnika ilə maraqlanan insanlar konfransa qatıla bilərlər.

Qeyd edək ki, konfrans azərbaycan, ingilis və rus dilində olacaq. Konfransda demo zonaya giriş- 20 AZN, iştrakçı olmaq üçün isə 150 azn vermək lazımdır. Konfrans günü isə biletlərin qiyməti daha baha olacaq.



Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=322356

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR