Bu da yeni "İndiana Cons" - FOTO

Bu da yeni "İndiana Cons" - FOTO
10:12 28 Yanvar 2015
206 Dünya
Ölkə mətbuatı
A- A+

Harrison Fordun davamçısı Kris Prett ola bilər
Disney şirkəti arxeoloq İndiana Consun sərgüzəştlərindən bəhs edən yeni film çəkmək niyyətinə düşüb.

Anspress-in məlumatına görə, bu dəfə filmin əsas qəhrəmanını Kris Prett oynaya bilər. Bu barədə "Deadline" xəbər verir.

Kino şirkətinin Kris Prettə rəsmi təklif etdiyi barədə hələ ki məlumat yoxdur.

Qeyd edək ki, bundan əvvəlki filmlərdə İndiana Cons rolunu Harrison Ford oynayırdı.

Onun ehtimal edilən davamçısı Kris Prett isə Disney-in çəkdiyi “Qalaktika mühafizəçiləri” filmindəki rolu ilə geniş tamaşaçı kütləsinin rəğbətini qazanıb.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/321341.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR