Azərbaycanda .az domeninin yeni registratoru yaranıb

Azərbaycanda .az domeninin yeni registratoru yaranıb
10:18 28 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir Hüseyn Vəliyev/

"Smarthost" şirkəti milli .az domeninin onlayn qeydiyyatına başlayıb. Bu barədə Trend-ə şirkətdən bildirilib.

Məlumatda deyilir ki, .az zonasında domenləri ancaq Azərbaycan vətəndaşları qeydiyyata ala biləcəklər: "Bunun üçün smarthost.az səhifəsində qeydiyyatdan keçmək vacibdir. Qeydiyyat zamanı istifadəçinin göstərdiyi elektron poçt ünvanına akkauntun aktivləşdirilməsi haqında xəbərdarlıq daxil olacaq, bundan sonra domenin dəyərini ödəmək mümkün olacaq".

İstifadəçilər domenin sifarişini həyata keçirə (az, int.az, name.az, net.az, pp.az, org.az, com.az biz.az, info.az və co.az) və sayt vasitəsilə ödəniş edə biləcəklər.

Hazırda Azərbaycanda .az domeninin iki onlayn reqistratoru fəaliyyət göstərir. Bunlar milli reqistrator "IntraNS" şirkətinin idarəçiliyi altında çalışan online.az və smarthost.az resurslarıdır.

"Smarthost" servisinin müştərilərinin məlumatlarının mühafizəsi və təhlükəsizliyi "Delta Telecom" şirkətinin DATA-mərkəzində yerləşdirilmiş şəxsi serverlərin mövcudluğu ilə təmin olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2357648.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR