x
Loading...

Dəhşətli kadrlar: yemək yeyəndə güllələndi - VİDEO - FOTO +18

Dəhşətli kadrlar: yemək yeyəndə güllələndi - VİDEO - FOTO +18
10:27 28 Yanvar 2015
215 Dünya
Ölkə mətbuatı
A- A+
.

Panamanın paytaxtı Panama-Sitidəki restoranlardan birində cinayət törədilib.
 
Hollandiya vətəndaşı, 35 yaşlı Yakob van der Hart yemək yediyi zaman güllələnib. Onu muzdlu qatil vurub.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, qanlı cinayət restoranın videomüşahidə kameraları ilə çəkilib.
 
Motosiklini restoranın qarşısında saxlamış van der Hart tanışı ilə masa arxasına əyləşərək nahar edirdi. Bu zaman restorana girən şəxs arxadan der Harda yaxınlaşıb və əlindəki tapança ilə atəş açıb.
 
Başından güllə yarası alan hollandiyalı çox ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Olay Panama-Siti şəhərinin Bella Vista səmtində, "Tiriton" fast-fud restoranında baş verib.
 
Yakob van der Hartın birlikdə nahar etdiyi kolumbiyalı Umberto Antonio Akosta polisdə ifadə verir.
Başından güllə yarası almış hollandiyalının Santo-Tomas hospitalının reanimasiya bölməsində olduğu bildirilir.
 
Milli.Az
 







Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/321330.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR