Davudoğlunun erməni müşaviri məhkəməyə çağırılıb

Davudoğlunun erməni müşaviri məhkəməyə çağırılıb
12:08 27 Dekabr 2014
74 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Baş nazirinin milliyyətçə erməni olan baş müşaviri Etyen Mahçupyan məhkəməyə çağırılıb. Bu barədə Trend şənbə günü Haber7 telekanalına istinadən xəbər verir.

Mahçupyan bu yaxınlardakı korrupsiya qalmaqalı ilə bağlı iş üzrə ifadə verib.

Xatırladaq ki, 2013-cü il dekabrın 17-də İstanbul və Ankarada keçirilmiş xüsusi əməliyyat nəticəsində onlarla insan, o cümlədən iş adamları və bəzi nazirlərin oğulları saxlanılmışdı. Onlar korrupsiya, qaçaqmalçılıq və narkotik vasitələrin reallaşdırılması ittihamı üzrə saxlanılmışdılar.

Türkiyə prokurorluğu bu ilin fevralında saxlanılanların azad edilməsi barədə qərar qəbul etmişdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR