İtaliya Kubokunun 1/4 final mərhələsinin bir oyunu keçirilib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, “Milan” doğma meydanda “Latsio” ilə qarşılaşıb.
Rəqibinə 1:0 hesabı ilə qalib gələn “Latsio” yarımfinala adlayıb.
Qeyd edək ki, paytaxt klubunun yarımfinaldakı rəqibi “İnter” – “Napoli” cütünün qalibi olacaq.
27 yanvar
İtaliya Kuboku, 1/4 final
“Milan” – “Latsio” - 0:1
Qol: Lukas Bilya, 38-pen
Milli.Az