Azərbaycanda 11 ildə 10 min kilometr yol çəkilib

Azərbaycanda 11 ildə 10 min kilometr yol çəkilib
10:38 28 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 28 yanvar, AzərTAc 
Son 11 il ərzində Azərbaycanda 10 min kilometr yol çəkilmişdir. Magistral yollar, kənd yolları, 340 körpü və tunel tikilmişdir.
AzərTAc xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı giriş nitqində deyib.
Bakı-Tbilisi-Qars kimi beynəlxalq strateji əhəmiyyət daşıyan layihənin Azərbaycanın təşəbbüsü ilə başlandığını və tikintisinin başa çatmaq üzrə olduğunu vurğulayan dövlətimizin başçısı bildirib ki, bölgələrdə 6 aeroport tikilmişdir, onlardan 4-ü beynəlxalq aeroportdur. Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni terminal binası tikilmişdir. İndi bölgələrdən beynəlxalq uçuşlar təşkil edilir. Bu aeroportların bəziləri yenidən quruldu, bəziləri heç yox idi, tikilmişdir. Bu işə başlayanda bəziləri hesab edirdilər ki, buna əlavə vəsait xərclənməsinə ehtiyac yoxdur. Amma görün indi nə qədər insan cənub, şimal-qərb bölgələrindən müxtəlif ölkələrə rahat gedir, daha Bakıya gəlməyə ehtiyac yoxdur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanda_11_ilde_10_min_kilometr_yol_chekilib-827953

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR