Beynəlxalq sertifikatı almaq üçün 5 səbəb

Beynəlxalq sertifikatı almaq üçün 5 səbəb
10:48 28 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Universiteti nə zaman bitirmisiniz? Yeni bilikləri ən son nə zaman əldə etmisiniz? Necə fikriləşirsiniz, bu zaman ərzində müasir biznes əhatəsində hansı dəyişikliklər baş vermişdi? Bu məqalədə parktiki iş üçün müasir biznes-bilikləri necə əldə etməklə bağlı məlumatlandırılacaqsınız. Sizə, biliklərin yenilənməsinin nə üçün zəruri olması haqda danışacağıq.

Səbəb 1. Nəticəyönümlü işləməyi öyrənəcəksiniz.

Hazırda biz yeni inkişaf erasının- layihə erası, daha dəqiq desək layihələrin idarə edilməsi erasının astanasındayıq. İT, inşaat, nef-qaz sektoru, xidmətlər, məhsullar kimi hər bir fəaliyyət sahəsində layihələrin idarə edilməsi bilikləri lazımdır. Nail olduğu məqsədlərdən dividend əldə etmək istəyi olan mütəxəssis bir yerdə oturmayaraq qarşıya qoyulan nəticələrə görə məsuliyyət daşıyır. Bu cür mütəxəssislər layihələr meneceri adlandırılır. Yalnız layihə meneceri layihənin nəticəsini təmin edərək, marağı olan tərəfləri razı sala bilər və insanların həyatını yaxşılaşdırmaq, asanlaşdırmaq üçün yeni innovasiyalar yarada bilər. Məhz layihə meneceri vaxt azlığına, iş çoxluğuna və risklərin sayına baxmayaraq, öz ətrafında bütün kollektivi toplaya bilir.

Səbəb 2. Siz, gündəlik iş həyatınızda tətbiq etdiyiniz yeni bilikləri cəmi 1 ay ərzində əldə edəcəksiniz.

Yeni biliklər əldə etmək, işinizdə böyük nəticələrə nail olmaq və karyera inkişafı üçün Sizi «Layihələrin idarə edilməsinin əsasları» təliminə dəvət edirik. Gündəlik həyatında layihələrlə işləyən və layihə işində maraqlı olan hər bir menecer bu təlimə qatıla bilər.

Sənədlər 9 fevral tarixinədək qəbul edilir. Təlim 1 ay davam edərək, 24 təlim saatını əhatə edəcəkdir.

Səbəb 3. Təlimdə öz layihələrinizi işləyib hazırlaya biləcəksiniz.

Layihələrin işlənib hazırlanması IPMA-nın beynəlxalq standartları üzrə yerinə yetiriləcəkdir. Məsələn, sənədərinizi aşağıdakı formada hazırlaya biləcəksiniz:

· Layihə nizamnaməsi

· Layihə planı

· Marağı olan tərəflər

· İyerarxik struktur (WBS)

· Cavabdehlik matrisası

· Layihə məzmunu haqda sənəd

· Risklərin idarə olunması planı

· Satınalma planı

· Keyfiyyətin idarə olunması planı

· Kommunikasiyalar planı

· Dəyişikliklər sorğusu

· Layihənin bağlanması protokolu

· Əldə edilmiş dərslər

Eləcə də, layihə menecerinin şəxsi xarakteristikaları – liderlik, özünü-idarəetmə, özünə-nəzarət, motivasiya, danışıqların aparılması, münaqişə və böhranlar və s. haqda biliklərə malik olacaqsınız. Microsoft Project proqram təminatının öyrənilməsi üzrə ayrıca məşğələ təşkil olunacaqdır.

Səbəb 4. Sizin sertifikat bütün dünya tərəfindən tanınacaqdır.

Təlimdən sonra imtahan keçiriləcəkdir. İmtahanı uğurla başa vuran menecerlər, sertifikatlaşdırılmış layihə mütəxəssisindən başlayaraq layihələr direktoruna kimi IPMA-nın dörd-dərəcəli sertifikatlaşdırma sistemi üzrə beynəlxalq sertifikatı alacaqlar.

AzPMA Azərbaycanda International Project Management Association (www.ipma.ch) beynəxlaq sertifikatlaşdırma üzrə rəsmi orqanıdır. Sertifikatın alınması və təsdiqlənməsi üçün xaricə getmək lazım deyil, belə ki, bu mərhələləri Bakıda, AzPMA-nın ofisində, sizə münasib olan vaxtda keçə bilərsiniz.

Səbəb 5. Heç bir məhdudiyyət yoxdur.

· istənilən dildə (rus, azərbaycan, ingilis) keçirilən təlim);

· təlim və imtahanlar üçün münasib qrafiki;

· münasib qiymət;

· layihələrinizin inkişafı üzrə sertifikat dərəcəsinin və karyera inkişafının artırılması.

Sertifikatlaşdrıma üzrə təlim və imtahanın məbləği «D» dərəcəsi üzrə 700 azn, «С» dərəcəsi üzrə 1000 azn-dir. AzPMA-nın üzvləri 10% güzəşt əldə edəcəkdir.

Qeydiyyat 9 fevral tarixinədək info@ipma.az və +99 455 511 95 98 mobil nömrələr ilə aparılacaqdır.

Daha ətraflı: http://ipma.az/abutcertificate.html

Bizə qoşulun:

www.ipma.az

www.facebook.com/ipma.az

linkedin.com

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2357922.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR