x
Loading...

Cənub bölgəsində ətin qiyməti ucuzlaşıb

Cənub bölgəsində ətin qiyməti ucuzlaşıb
11:03 28 Yanvar 2015
110 Ölkə
Ölkə mətbuatı
A- A+
.


Cəlilabad, 28 yanvar, Bağır Əliyev, AzərTAc
Son günlər cənub bölgəsində ətin qiymətində ucuzlaşma müşahidə edilir. Əksər hallarda yay aylarında baş verən ucuzlaşma bu dəfə qış fəslinə təsadüf edib.
AzərTAc xəbər verir ki, ucuzlaşma özünü yalnız mal və qoyun ətinin satışında göstərir. Məsələn, Cəlilabad rayonunun bazarlarında əvvəllər 9-10 manata satılan qoyun əti hazırda 8 manata, mal əti isə 6 manata təklif edilir.
Müşahidələr də göstərir ki , son iki ayda bölgələrdəki mal bazarlarında təklif tələb balansını xeyli üstələyib. Bazarlara tələb olunandan artıq heyvan satışa çıxarılır. Bu isə qiymətlərə də təsirsiz ötüşmür.
Bölgələrdə mal və qoyun ətinin qiyməti ucuzlaşsa da, hələlik paytaxtda və digər böyük şəhərlərdə bu hal müşahidə olunmur.
Mütəxəssislər bunu böyük şəhərlərdə tələbin təklifdən üstün olması ilə əlaqələndirirlər. Onların qənaətinə görə, regionlarda ətin ucuzlaşması prosesi uzun müddət davam edərsə, bunun böyük şəhərlərə də təsiri olacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Cenub_bolgesinde_etin_qiymeti_ucuzlasib-827959

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR