İŞİD terror qruplaşması Mosulda 30 sakini girov götürüb.
ANS PRESS-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, girov götürülən şəxslər Əl-Raşidiyyə rayonu sakinləridir.
Kürd silahlıları ötən həftə Mosul və Tall-Afar şəhərləri arasında yolu kəsdikdən sonra bu İŞİD-in ən böyük əməliyyatıdır. Bir neçə aydır İŞİD-in nəzarətində olan bu şəhərlərin terrorçu qruplaşmanın əlindən çıxma təhlükəsi yaranması onların radikal addımlar atacağını düşünməyə əsas verirdi.
Qeyd edək ki, dekabrın 26-da İŞİD-in qismən nəzarətində olduğu Kobani şəhəri də terrorçulardan azad edilmişdi. Mənbə
ANS PRESS