Play Store

Azərbaycanın mobil operatoru SMS-spamdan müdafiə xidmətini istifadəyə verir

Azərbaycanın mobil operatoru SMS-spamdan müdafiə xidmətini istifadəyə verir
11:13 28 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın mobil operatoru "Bakcell" MMC öz abonentləri üçün SMS-spamdan müdafiə xidmətini istifadəyə verir. Bu barədə Trend-ə şirkətdən məlumat verilib.

Operatorun 2015-ci il fevralın sonuna kimi istifadəyə verməyə hazırlaşdığı yeni xidmət SMS-in köməyi ilə reklam və informasiya xarakterli bütün mesajların abonentə daxil olması imkanının tamamilə qarşısının alınmasını nəzərdə tutur. Bunun üçün abonentin operator tərəfindən müəyyən edilmiş dördrəqəmli nömrəyə SMS göndərməsi lazım gələcək.

Beləliklə, abonentlər öz "ağ vərəq"lərini müstəqil formalaşdıra biləcəklər, oraya göndərişi almaq istədikləri şirkəti və ya bank strukturunu əlavə edəcəklər. Bunun üçün şirkətin adını göstərməklə müvafiq nömrəyə qısa mesaj göndərmək lazımdır.

Abonentlərə məcburi qaydada SMS mesajların kütləvi şəkildə göndərilməsinin dayandırılması məsələsi daha əvvəl Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən qaldırılmışdı.

Nazirlik tərəfindən arzu edilməyən SMS mesajların abonentlərə göndərilməsi imkanının məhdudlaşdırılması ilə bağlı "Telekommunikasiyalar haqqında" qanuna dəyişikliklər etmək təklif olunmuşdu.

Dəyişikliklər əsasən mobil rabitə istehlakçılarının hüquqlarının müdafiəsi məsələlərinə toxunur və onların mobil qurğularına kütləvi SMS-mesajların göndərilməsi ilə bağlı abonentlərin çoxsaylı şikayətləri ilə bağlıdır.

Nazirlik SMS-spamın göndərilməsini məhdudlaşdırmağı təklif edib, yəni reklam və əyləncə xarakterli mesajların göndərilməsinin yalnız abonentin icazəsi ilə həyata keçirilə bilər.

Nazirlik və Azərbaycanın Sənaye və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti abonentlərin şikayətləri ilə əlaqədar birgə araşdırma aparıb.

Araşdırmalar zamanı reklam xarakteri daşıyan bir neçə SMS aşkar edilib. Onların arasında mobil operatorların tarif və xidmətləri üzrə SMS-ləri, göndərilmə kontent-servis-provayderlər və şirkətlərin, bankların və mağazaların SMS mesajları olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2357707.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR