x
Loading...
.

Prezident: "Bu tarixi hadisədir"

Prezident: "Bu tarixi hadisədir"
11:21 28 Yanvar 2015
97 Ölkə
Ölkə mətbuatı
A- A+
.

"İnfrastruktur layihələrinin arasında əlbəttə, içməli su layihələri də prioritet xarakter daşıyır və son illər ərzində bu sahəyə daha da böyük diqqət göstərilir".

ANS PRESS-in məlumatına görə, bu sözləri prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı giriş nitqində söyləyib.

Dövlət başçısı bildirib ki, bizim bütün şəhərlərimizdə Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su 24 saat təmin ediləcək:

“Mən də hər bir layihənin başa çatması tədbirlərində şəxsən iştirak edirəm və yerlərdən gələn məlumatlar da məni çox sevindirir. Bu da tarixi hadisədir. Çünki Azərbaycanın daxili su mənbələri məhduddur. Bizim əsas mənbələrimiz xaricdə formalaşan çaylardır. Ona görə bu çayların sularından səmərəli şəkildə istifadə etmək, orada təmizləyici qurğuların tikintisi, eyni zamanda, daxili mənbələrin aşkarlanması prosesi gedirdi. Oğuz-Qəbələ-Bakı su kəməri tikilmişdir. Bu da simvolik xarakter daşıyır”.

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin gəlirlərindən əldə edilmiş vəsaitin su kəmərinin tikintisinə qoyulduğunu xatırladan dövlət başçısı sözlərinə belə davam edib: “Bax, bizim siyasətimiz bundan ibarətdir. Hər kəs yaxşı bilir ki, o sahəyə qoyulan vəsait heç vaxt qayıtmayacaq. Yəni, onlar sırf sosial xarakter daşıyan layihələrdir. Əgər elektriklə, yolların tikintisi ilə bağlı görülən müxtəlif işlər nəticəsində o vəsait uzun müddətdən sonra qayıdacaqsa, su təsərrüfatına qoyulan vəsait qayıtmayacaq. Su təsərrüfatına yüz milyonlarla, milyardlarla vəsait qoymuşuq. İndi Bakının su ilə təminatı 78 faizə çatmışdır, 2004-cü ildə 29 faiz idi. Yəni, şəhərin 24 saat su ilə təchizatı nəzərdə tutulur. Ölkə üzrə 60 faizdən çoxdur, amma 11 il bundan əvvəl bəlkə 10-15 faiz idi”.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=322379

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR