Novruz bayramına hazırlıqla bağlı müşavirə keçirilib

Novruz bayramına hazırlıqla bağlı müşavirə keçirilib
11:22 28 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 28 Yanvar 2015 11:15 ]


Bakı-APA. Novruz bayramı ilə bağlı martın 19-da Bakıda keçiriləcək ümumxalq şənliyinə hazırlıq işlərinin yüksək səviyyədə aparılması üçün Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin sədrliyi ilə geniş tərkibli müşavirə keçirilib.

 

Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Müşavirədə nazirliyin əlaqədar şöbə müdirləri, məsul əməldaşları, rayon və şəhər mədəniyyət və turizm şöbələrinin müdirləri, teatr-konsert, kino müəssisələrinin və digər aidiyyəti təşkilatların rəhbərləri, yaradıcı şəxslər iştirak edib.

 

Tədbirdə geniş məruzə ilə çıxış edən nazir müavini Ədalət Vəliyev Novruz bayramının bu il də əsl təntənə ilə qeyd olunması üçün nazirlikdə müvafiq əmr imzalandığını,  əlaqədar təşkilatlara və şəxslərə tapşırıqların verildiyini bildirib. Qeyd olunub ki, xalqımızın ən sevimli bayramı olan Novruz bayramının rəngarəng və yaddaqalan şəkildə qeyd olunması üçün təşkilati məsələlər həll edilib, tədbirdə iştirak edəcək yaradıcı şəxslər və kollektivlər müəyyənləşib.

 

İclasda bayram şənliyinə hazırlıq işlərinin davam etdirilməsi, məşqlərin yüksək səviyyədə və qrafikə uyğun aparılması üçün müvafiq tapşırıqlar verilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370642

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR