Metroda aləm bir-birinə dəydi: ürəyi gedən kim, işə gecikən kim... (FOTO)

Metroda aləm bir-birinə dəydi: ürəyi gedən kim, işə gecikən kim... (FOTO)
11:36 28 Yanvar 2015
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün səhər açılandan paytaxt sakinləri metropolitendə baş vermiş hadisələrdən danışırlar. Qatarların geçikməsi, tabloların işləməməsi, sərnişinləri təxliyyəsi. Əsasən "Elmlər Akademiyası" - "28 May" stansiyaları arasında baş vermiş hadisələrdə zərər çəkən sərnişinlər olub.

ANS PRESS-in Milli.az-a istinadən verdiyi məlumata görə, qatarın geçikməsi səbəbindən platformada yaranan sıxlıq bir neçə insanın bayılmasına səbəb olub. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. "Elmlər Akademiyası" stansiyasında baş vermiş hadisədə yaşlı qadının havasızlıqdan ürəyi gedib.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev açıqlamasında 38 saylı qatarda nasazlıq yarandığını bildirdi: "Nizami" - "Elmlər Akademiyası" istiqaməti üzüyuxarı olduğuna görə qeyd olunan qatar hərəkət edə bilməyib. Sərnişinlər qatardan düşürdülüb, qatar depoya göndərilib".

Tabloların işləməməsindən xəbərsiz olduğunu deyən Nəsimi Paşayev nasazlıqların mövcudluğunu istisna etməyərək bildirdi ki, tabloların yenilənməsi və dəyişdirilməsi prosesi gedir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=322355

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR