x
Loading...
.

"TANAP-la "Türk axını" arasında şirin rəqabət olacaq"

"TANAP-la "Türk axını" arasında şirin rəqabət olacaq"
11:41 28 Yanvar 2015
56 Dünya
Ölkə mətbuatı
A- A+
.

"Türk axını" qaz boru xəttinin müəyyənləşdirilməsindən sonra Trans-Anadolu qaz kəməri ilə (TANAP) öz arasında şirin bir rəqabət başlayacaq".

ANS PRESS-in məlumatına görə, bunu Türkiyə enerji və təbii sərvətlər naziri Taner Yıldız deyib.

O bildirib ki, Rusiya ilə Türkiyə arasında həyata keçiriləcək yeni qaz boru xətti ilə ildə 63 milyard kubmetr qaz daşınmasının planlaşdırıldığını söyləyib:

"Əvvəlcə birinci borudan başlamağı planlaşdırırq. 2016-cı ilin sonuna qədər isə həm Trakya ilə əlaqədar təsbitlər etmək, həm də təbii qaz boru xəttinin çəkilməsinə başlamağı planlaşdırıq".

Türkiyəli nazir Rusiya nümayəndə heyəti ilə iki dəfə danışıqlar aparıldığını və istənilən nəticəni əldə edə bilmədiklərini xatırladıb. Taner Yıldız bu gün baş tutan görüşdə Türkiyə üçün gələcəyə istiqamətli ümidverici nəticələr əldə edildiyini qeyd edib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=21&nid=322383

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR