Eddi İsrafilov: "Dünya çempionatında oynamaq istəyirəm"

Eddi İsrafilov: "Dünya çempionatında oynamaq istəyirəm"
11:42 28 Yanvar 2015
71 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Qranada" klubu və Azərbaycan yığmasının yeni futbolçusu Eddi İsrafilov İspaniya mətbuatına müsahibə verib.

- Qranadada həyat necə keçir?

- Əla. Burada çox xoşbəxtəm. Qranada yaxşı və müasir şəhərdir. İmkan olanda oynayıram, amma daha çox oynamaq istərdim. Ancaq nəzərə almaq lazımdır ki, bu, mənim La Liqadakı ilk mövsümümdür. Buna görə də səbirli olmalı və gözləməliyəm.

- Sabiq baş məşqçin Xoakin Kaparrosun komandadan göndərilməsi haqda nə deyə bilərsən?

- Onun gedişi gözlənilməz oldu. Kaparros mükəmməl insandır. Məhz onun rəhbərliyi altında La Liqada debüt etdim. Ümid edirəm ki, onun sonrakı fəaliyyəti daha uğurlu alınacaq.

- Dörd il ərzində bir çox stadionlarda, həmçinin “Kamp Nou”da oynamaq sizə qismət oldu. Bunu gözləyirdin?

- Arzum reallaşdı. Əvvəlcə televizorda gördüyüm stadionlarda indi oynayıram. Bundan gözəl nə ola bilər ki?

- Növbəti hədəfin nədir?

- İspaniya La Liqasında çempion olmaq və dünya çempionatında oynamaq istəyirəm.

- “Real”a qarşı oynamaq yaxşıdır, yoxsa “Barselona”ya?

- Bu komandalara qarşı oynamağı uşaqlıqda ancaq yuxumda görürdüm. “Real” və “Barselona”ya qarşı meydanda mübarizə aparmaq inkişaf deməkdir.

- Qarşıdan “Real”la oyun gəlir. Bu matçdan nə gözləyirsən?

- Bu oyuna çox ciddi hazırlaşırıq və hədəfimiz matçdan 3 xalla ayrılmaqdır.

- Sənin üçün hansı mövqedə oynamaq daha rahatdır?

- Hücum etməkdən çox, müdafiə olunmağı xoşlayıram. Amma irəlidə də rahat oluram.

- Digər ölkələrdən təklif almısanmı? Karyeranı hansı ölkədə davam etdirmək istəyirsən?

- İngiltərədən yaxşı təklif almışdım. Premyer Liqa məni özünə cəlb edir. Lakin "Qranada" mənim La Liqada oynamağım üçün çox səy göstərdi. Gələcəkdə İspaniyadan kənarda da oynamaq istəyirəm.

- Niyə Azərbaycan millisini seçdin?

- Anam azərbaycanlıdır və orada məni yığmada görməyi çox istəyirdilər. Buna görə Azərbaycanı seçdim.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/321363.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR