Bakı sürücülərinə xəbərdarlıq (FOTO)

Bakı sürücülərinə xəbərdarlıq (FOTO)
12:21 27 Dekabr 2014
71 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün saat 22:00-dan etibarən Heydər Əliyev prospektinin (köməkçi yolda) Böyükşor yol qovşağından Heydər Əliyev Mərkəzinə qədər olan hissəsində şəhər istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə yollar bağlanıb.

Qeyd edək ki, təmir işləri “Azəryolservis” ASC tərəfindnə aparılır.

Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti əsas yoldan istifadə etmələri tövsiyə olunur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR