Milli.Az axşam.az-a istinadən xəbər verir ki, “Yeri gəlmişkən” verilişinə qonaq olan aktyor ailəsindən bəhs edib:Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Elşən Cəbrayılov əməliyyatdan sonra ilk dəfə efirə çıxıb
"Əməliyyatımdan 20 gün keçir. Bu ərəfədə həyat yoldaşım qulluğumda elə durdu ki, tez ayağa qalxdım. Biz gənc ailə olmağımıza baxmayaraq, o mənə yaxşı qulluq edir. İlk gündən mənə dedi ki, çalış, ürəyimə qara salma.
Bir-birimizə inansaq, hər şey gözəl olacaq. Sənətimi də başa düşür. Bir dəfə italyan rejissorunun filmində rol alırdım. Orada yataq səhnəsi var idi. Həyat yoldaşımın halallığı ilə o səhnədə çəkildim".
Qeyd edək ki, Elşən Cəbrayılov öd kisəsindən əməliyyat olunub.
Milli.Az