Play Store

Ərəb şahzadələr birinci xanımla görüşmədilər (FOTO)

Ərəb şahzadələr birinci xanımla görüşmədilər (FOTO)
11:56 28 Yanvar 2015
343 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Barak Obama Səudiyyə Ərəbistanı kralı Abdullahın ölümü ilə bağlı başsağlığını çatdırmaq üçün ötən gün Hindistandan birbaşa Ər Riyada keçib. ANS PRESS-in məlumatına görə, Obamanı hava limanında ölkənin yeni kralı 79 yaşlı Salman, vəliəhd şahzadə Mukrin bin Əbdüləziz, daxili işlər naziri şahzadə Məhəmməd bin Nayiflə yanaşı bir çox rəsmi şəxslər qarşılayb.

Obamanı isə həyat yoldaşı, ölkənin birinci xanımı Mişel Obama, dövlət katibi Con Kerri ilə yanaşı Amerikanın rəsmi şəxslər müşayiət edib.

Birinci xanım ərəb dövlətinə səfərində şalvar və üzərindən uzun jaket geyinib. Lakin o başını bağlamayıb.

Görüşdə ən diqqət çəkən məqamlardan biri kral ailəsinin bəzi nümayəndələrinin birinci xanımla əl verərək görüşməməsi olub.
Onlar kişi qonaqlarla əl verib görüşüblər. Mişel Obamanın qarşısından isə səssiscə keçiblər.





Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=322372

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR