Şəmkir, 28 yanvar, Sabir Əliyev, AzərTAc
Yaxın vaxtlarda Şəmkir rayonunun Bayramlı kəndi sakinlərinin “mavi yanacaq”la təminat sahəsində problemlərinə son qoyulacaq. Artıq bir neçə gündür ki, kəndə yeni qaz xəttinin çəkilişinə başlanılıb.
Rayon qaz istismar sahəsindən AzərTAc-a bildiriblər ki, layihəyə əsasən, kənddə olan 620 evin hamısı “mavi yanacaq”la təmin ediləcək. Ümumi uzunluğu 25 kilometr olacaq qaz xəttinin mart ayınadək çəkilib başa çatdırılması nəzərdə tutulub.