Abşeronun Fatmayi kəndində partlayış: 5 nəfər yaralanıb

12:23 27 Dekabr 2014
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir İlkin İzzət/

Abşeron rayonun Fatmayi kəndində yaşayış evində baş verən partlayış nəticəsində 5 nəfər yaralanıb.

Abşerona Rayon Poliş Şöbəsi Mehtiabad Polis Bölməsindən Trend-ə bildiriblər ki, bu gün səhər saat 09:53 rayonun Fatmayi kəndində üçmərtəbəli yaşayış evlərindən birində partlayış baş verib. Hadisə nəticəsində 5 nəfər yaralanıb. Onların arasında yanıq və sınıq xəsarətləri alanlar var.

Partlayış zamanı dalğanın təsir qüvvəsindən evin bir hissəsi dağılıb.

İlkin ehtimala görə, partlatış qaz sızması nəticəsində baş verib.

Hazirda faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2348255.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR