Daha 3 “ASAN xidmət” açılacaq

Daha 3 “ASAN xidmət” açılacaq
12:06 28 Yanvar 2015
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda daha 3 "ASAN xidmət" açılacaq.

ANS PRESS-in məlumatına görə, prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında bunu açıqlayıb.

Prezident yekun çıxışında belə deyib: “ASAN xidmət” mərkəzlərinin sayı artıq yeddiyə çatıb. Üç mərkəz də bu il açılacaq. Beləliklə, bölgələrdə altı, Bakıda dörd mərkəz fəaliyyət göstərəcək. Gələcəkdə onların sayını artıracağıq. On avtobusla səyyar xidmət də göstərilir və bütün bölgələrdən “ASAN xidmət”lə bağlı çox müsbət məlumatlar gəlir. Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə “ASAN xidmət” bir dönüş yaratdı. Ona görə biz bu sistemi bütün sahələrdə tətbiq etməliyik.

Prezident İlham Əliyev bildirib ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə böyük uğurlar var. Beynəlxalq qurumlar da bunu qeyd edir, əhali də bunu yüksək qiymətləndirir. Cəza tədbirləri, inzibati tədbirlər və sistem xarakterli islahatlar aparılır ki, biz bu bəlanı, bu yaranı aradan götürək."

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=322354

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR