Hindarx qəsəbəsi üzrə ötən ilin yekunları müzakirə edilib

Hindarx qəsəbəsi üzrə ötən ilin yekunları müzakirə edilib
12:18 28 Yanvar 2015
535 Ölkə
Ölkə mətbuatı
A- A+


Ağcabədi, 28 yanvar, Tahir Ağaməmmədov, AzərTAc 
Ağcabədi rayonunun qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin 2014-cü ilin yekunlarına dair hesabat yığıncaqları davam edir.
AzərTAc xəbər verir ki, növbəti yığıncaq rayonun ən böyük yaşayış məntəqələrindən olan Hindarx qəsəbəsində keçirilib.
Yığıncaqda rayon icra hakimiyyətinin Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə görülən işlərdən danışılıb, qarşıda duran vəzifələrin həlli yolları müzakirə olunub.
Məlumat verilib ki, 4507 hektar ərazisi, 9158 nəfər əhalisi olan Hindarx qəsəbəsində 1 ərazi nümayəndəliyi, 1 bələdiyyə, 1 tam orta, 2 ümumi orta məktəb, 1 uşaq bağçası, 2 kitabxana, 1 klub, 2 mədəniyyət evi, 1 musiqi məktəbi, 83 saylı Ağcabədi-Füzuli seçki dairəsi, 25 çarpayılıq xəstəxana, rabitə şöbəsi, poçt filialı, “Aqrolizinq” ASC-nin Ağcabədi “Aqroservis” filialı, “Hindarx Kredit İttifaqı” MMC və digər xidmət sahələri vardır.
Hesabat ilində qəsəbənin mərkəzində, küçə və döngələrdə, magistral yolun kənarlarında abadlıq işləri aparılıb, ərazidə 1200-dən çox ağac əkilib, Hüsülü kəndi istiqamətində qəsəbənin ad göstəricisi inşa edilib. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün 1 ədəd subartezian quyusu qazılıb. Qəsəbənin qazlaşdırılması başa çatdırılaraq, 2200 abonentə təbii qaz verilib.
Çıxışlarda qəsəbədə aparılan abadlıq-quruculuq işlərini yüksək qiymətləndirilib, qarşıda duran vəzifələr barədə danışılıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Hindarx_qesebesi_uzre_oten_ilin_yekunlari_muzakire_edilib-827983

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR