ATƏT-dən qəti addım mesajı

ATƏT-dən qəti addım mesajı
12:21 28 Yanvar 2015
118 Digər
Ölkə mətbuatı
A- A+

ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvica Dacic Ermənistan və Azərbaycan Silahlı qüvvələri arasında son atışmalardan narahatlıq ifadə edib.

ANS PRESS-in xəbərinə görə, ATƏT-in rəsmi saytında yayılan məlumatda İ.Dacic tərəfləri 1994-cü ildə imzalanmış atəşkəs rejiminə əməl etməyə və hərbi qarşıdurmanı dayandırmağa çağırıb.

O deyib: “İnsan ölümlərinə səbəb olan silahlı toqquşmalardan kədərlənir, tərəfləri məsuliyyət nümayiş etdirməyə və gərginliyi daha da artıracaq addımlardan çəkinməyə çağırıram. Münaqişənin həlli üçün təkcə prezidentlər səviyyəsində yox, digər səviyyələrdə də birbaşa təmaslar qurmaq lazımdır. Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin atəşkəsi möhkəmləndirmək və danışıqlar üçün bərabər baza yaratmaq səylərini dəstəkləyirik."

Təşkilat sədri tərəfləri ATƏT-in vasitəçilik çərçivəsində yekun və dinc həll üçün qəti addımlar atmağa səsləyib.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ötən gün Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupu həmsdərləri ilə görüşüb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=322385

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR