x
Loading...

Azərbaycanda hərbçilər qəzaya düşdülər: 2 yaralı

Azərbaycanda hərbçilər qəzaya düşdülər: 2 yaralı
12:22 28 Yanvar 2015
152 Digər
Ölkə mətbuatı
A- A+
.

Tovuzda hərbçilər qəzaya uğradılar.

Kəpəz TV-nin (Region TV) məlumatına görə, Tovuzda gecə saatlarında qəza baş verib.

Rayonun Öysüzlü kəndi ərazisində qeydə alınan hadisə zamanı "VAZ 2106" markalı avtomobil yoldan çıxaraq bir neçə dəfə çevrildikdən sonra yol kənarındakı tikiliyə çırpılıb. Qəza o qədər şiddətli olub ki, sürücü, Şəmkir rayon sakini Orxan Quluzadə və onun sərnişini, Beyləqan rayon sakini Tural Əhlimanlı ağır bədən xəsarətləri alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.

Hadisə şahidlərinin sözlərinə görə, kənddən Tovuz istiqamətinə gedən "VAZ 2106" sürət həddini aşıb. Qəfil idarəetməni itirən sürücü sükana hakim ola bilmədiyindən qəza baş verib ki, nəticədə avtomobil bir neçə dəfə çevrilib və təkəri sınaraq avtomobildən bir neçə metr uzaqlığa düşüb. İlkin ehtimallara görə, qəzaya səbəb yüksək sürət olub. Hadisə zamanı xəsarət alanların isə hərbçi olduqları bildirilir. Faktla bağlı Tovuz polisi araşdırmalara başlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/321379.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR