Azərbaycanda nikaha girənlərin arayış vermə vaxtı dəyişdirildi

Azərbaycanda nikaha girənlərin arayış vermə vaxtı dəyişdirildi
12:23 28 Yanvar 2015
61 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda Ailə Məcəlləsinə edilən yeni dəyişikliklərin qüvvəyə minmə tarixi dəyişdirilir.

Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Ailə Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli qanun 2015-ci il iyunun 1-dən qüvvəyə minəcək. Bununla bağlı qeyd olunan qanunun 2-ci maddəsində “yanvarın 1-dən” sözləri, “iyunun 1-dən” sözləri ilə əvəz edilir.

Qeyd edək ki, Ailə Məcəlləsinə edilən dəyişikliklərdə Azərbaycanda nikaha girən şəxslərdən tibbi arayışın tələb olunması öz əksini tapıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2357993.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR