"XXL" gözəllik (FOTO)

"XXL" gözəllik (FOTO)
12:26 28 Yanvar 2015
768 Digər
Ölkə mətbuatı
A- A+

Tes Holidey adlı model öz gözəlliyindən çox ölçüləri ilə görənləri təəccübləndirir.

ANS PRESS-in məlumatına görə, 29 yaşlı modelin bədən ölçüsü "XXL"dir. Bununla belə, o, bir çox dəb şirkətləri ilə əməkdaşlıq edir. Onun şəkilləri hətta "Vogue" jurnalının səhifələrində də dərc edilib.

Tes Holidey uşaqlıqdan model olmaq istəyib. Lakin onun xarici görünüşü ilə bunun mümkün olmadığı düşünüb. İndi isə onun boyu cəmi 165 sm-dir. İlk dəfə müraciət etdiyi model şirkətləri də buna görə ona rədd cavabı veriblər. Agentliklərin birində hətta ona "əgər bəxtin gətirsə, kök insanlar üçün geyim kataloqunda çəkilə bilərsən" deyiblər.

Amma gənc qız təslim olmayıb. O, öz-özünə "sadəcə öz şansını gözləməlisən" dedi. "Məni ancaq anam dəstəkləyirdi. Qalan ilə üzvlərim və dostlarım isə elə düşünürdülər ki, mən ağlımı itirmişəm", - deyə Tes müsahibələrindən birində deyib.

Gələcək model, həqiqətən, çox gözləməli olub. 2011-ci ildə onu "Heavy" realiti-şouya dəvət etdilər. Bu, Tesin arzusu olmasa da, o, razılıq verib. Bir müddət sonra isə o, tanınmış dəb markalarından təkliflər almağa başlayıb. Belə ki, məhz bu vaxtlarda "plus size" ölçülü modellər modelyerlərin diqqətini çəkməyə başlayıb. Çünki reklam və jurnal səhifələrində dolu qızların şəkilləri insanlarda getdikcə daha çox maraq yaratmağa başlayıb.

İndi Tes Holidey Amerikada Los-Ancelesdə öz oğlu və nişanlısı ilə birlikdə yaşayır. O, tanınmış "MiLK Model Management" model agentliyi ilə müqavilə imzalayıb. "Vogue" jurnalı isə onu "plus size" ölçülü modellər arasında "nömrə 1" adlandırıb.

Tess artıq məşhurdur. Onun sosial şəbəkələrdə minlərlə izləyicisi var. "Facebook"da 628 min, "instagram"da isə 319 min izləyicisi var. İri ölçülü model onlar üçün bir nümunədir.

Lakin onu qınayanlar da var. Bir çoxlarının fikrincə, bu çəkilərlə modellik etmək düzgün deyil. Lakin Tes belə sözlərə fikir vermir, əksinə, belə sözlərdən daha da ilhamlandığını deyir. "Dünyada mənim kimi kök bir insanın yaşamağı sizi narahat edir? Bu bədən mənə pul, mənim partnoyruma və mənə isə zövq gətirir. Mən heç yerə gedən deyiləm", - deyə model şəkillərinin birində şərh olaraq yazıb.







Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=322386

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR