İranda polis zabiti öldürülüb

İranda polis zabiti öldürülüb
12:28 28 Yanvar 2015
196 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir Təmkin Cəfərov/

İranın Bürucərd şəhərində silahlı şəxs polis zabiti kapitan Rəhman Fətullahini öldürüb. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verir.

Ötən gün silahlı şəxs Bürucərd şəhər mərkəzində avtomobil sərgisində insanlara atəş açıb. Polis patrulu olan R.Fətullahi ilə silahlı şəxs arasında atışma olub və nəticədə polis zabiti öldürülüb. Digər polislər silahlı şəxsi yaralayaraq həbs ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2357986.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR