Rusiyanın Xabarovsk şəhərində azərbaycanlı ailəyə məxsus ticarət obyekti yanıb

12:37 28 Yanvar 2015
98 Digər
Ölkə mətbuatı
A- A+

[ 28 Yanvar 2015 12:32 ]


Bakı. Məlahət Nəcəfova - APA. Rusiyanın Xabarovsk şəhərində ötən gecə keçmiş “Daldizel” zavodu ərazisində yerləşən “Avtomaq” ticarət şəbəkəsinə məxsus, içərisində avtomobillər üçün nəzərdə tutulmuş kimyəvi məhlullar olan anbar yanıb. APA-nın “quberniya” saytına istinadən verdiyi məlumata görə, anbar azərbaycanlı ailəyə məxsusdur.

 

Hadisə yerinə dərhal 10 yanğınsöndürən maşın cəlb olunub. 150 kvadrat metr sahəni əhatə edən yanğının aradan qaldırılması üçün 4 saata yaxın vaxt sərf olunub. Anbar sahibləri hadisənin qəsdən törədildiyini istisna etmir. Çünki bu, ay ərzində “Avtomaq” ticarət şəbəkəsinə məxsus obyektdə baş verən ikinci yanğın hadisəsidir. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370657

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR