Rusiya mətbuatı Adams, "Qəbələ" və Azərbaycan haqda

Rusiya mətbuatı Adams, "Qəbələ" və Azərbaycan haqda
12:42 28 Yanvar 2015
341 İdman
Ölkə mətbuatı
A- A+

Rusiyanın Çhampionat.com saytı həftənin ən mötəbər hadisələrini şərh edərkən, Azərbaycan Premyer Liqasına da toxunub. Fanat.az xəbər verir ki, şimallılar Toni Adamsın "Qəbələ"yə idman direktoru vəzifəsinə təyin olunmasını xüsusi qabardıblar.


"Azərbaycan Avropa ölkəsidi. Deməli, orada yüksək səviyyəli mütəxəssislər çalışmalıdı. "Qəbələ" də "partlayış" etmək qərarına gələrək, İngiltərə yığmasının dünya şöhrətli sabiq müdafiəçisini idman direktoru vəzifəsinə təyin etdi. Aydın məsələdir ki, bu təyinat populist xarakter daşıyır. Məqsəd Azərbaycanda futbola diqqətin artırılmasıdı. Ümumiyyətlə, Azərbaycanda futbol rəhbərləri bu idman növünə göstərdikləri diqqətlə sevindirirlər. Onlar kütlələri futbola bağlamaq üçün Avropanın aparıcı çempionatlarının oyunlarını hamının seyr etməsi üçün pulsuz telekanallarda da işıqlandırırlar".


Qeyd edək ki, rusiyalı həmkarlarımız Adamsın bunadək "Qəbələ"də klub prezidenti Tale Heydərovun müşaviri vəzifəsində çalışdığını ya bilmirlər, ya da bilərəkdən oxucularından gizlədiblər.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-rusiya-mtbuat-adams-quotqblquot-v-azrbaycan-haqda-t17857.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR