Azərbaycan Dövlət İqtisad Universiteti ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi arasında anlaşma memorandumu imzalanıb

12:53 28 Yanvar 2015
198 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 28 yanvar, Elvira Məmmədova, AzərTAc 
Yanvarın 28-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) bu ali təhsil ocağı ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) arasında təhsil, elm və təlim-tədris sahəsində birgə inkişaf fəaliyyətinə dair anlaşma memorandumu imzalanıb.
AzərTAc xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə universitetin rektoru, professor Ədalət Muradov iki qurum arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Sonra ADİU ilə QKDK arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Sənədi ADİU-nun rektoru Ə.Muradov və QKDK-nin sədri Rüfət Aslanlı imzalayıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Dovlet_Iqtisad_Universiteti_ile_Qiymetli_Kagizlar_uzre_Dovlet_Komitesi_arasinda_anlasma_memorandumu_imzalanib-827999

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR