Tacikistanda 2 silahlı toqquşma zamanı 7 polis əməkdaşı ölüb

14:57 4 Sentyabr 2015
34 Dünya
Ölkə mətbuatı
A- A+

[ 04 Sentyabr 2015 14:54 ]


Bakı. Məlahət Nəcəfova-APA. Tacikistanda 2 silahlı dəstə ilə atışma zamanı 7 polis əməkdaşı ölüb. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, hadisələrdən biri ötən gecə paytaxt Düşənbə yaxınlındakı Vəhdət şəhərində baş verib. Silahlı dəstənin Şəhər Polis İdarəsinə hücumu nəticəsində  4 polis əməkdaşı həlak olub. Polis cavab atəşi açıb, dəstənin rəhbərləri zərərsizləşdirilib. Hücum edənlərdən 4 nəfər yaralanıb. Düşənbə şəhərindəki ikinci hücum zamanı isə 2 OMON işçisi və bir yol polisi əməkdaşı ölüb. Hələlik hadisə rəsmən təsdiq olunmayıb.

Hazırda Düşənbə şəhərində əlavə blokpostlar qurulub. Paytaxtın bütün ictimai binalarının, o cümlədən şəhərə girişin mühafizə sistemi gücləndirilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/395684

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR