Dəhşətli fotonun müəllifi danışdı - VİDEO

Dəhşətli fotonun müəllifi danışdı - VİDEO
15:05 4 Sentyabr 2015
115 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bütün dünyada müzakirə olunan 3 yaşlı Kobani qaçqını Aylan Kürdi və digərlərinin ölümünü çəkən müxbir yaşadığı anlar barədə danışıb. 

Qafqazinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, fotoların müəllifi Doğan Xəbər Agentliyinin (DHA) müxbiri Nilufər Dəmir 3 yaşlı Aylanı görərkən qanının donduğunu vurğulayıb: "O an peşəmdən başqa edə biləcəyim bir şey yox idi. Aylan yerdə qırmızı köynəyi, göy rəngli şortu və beli yarıya qədər sıyrılmış vəziyyətdə yatırdı.

Tək edəcəyim onun cansız bədənin harayını duyurmaq idi və o anın şəklini çəkdim. 100 metr qabaqda qardaşı Qalib yatırdı. Onun da köynəyi sıyrılmışdı. Onların heç birinin üzərində xilasedici köynək, suyun üzərində tuta biləcək vasitə yox idi. Bu da olayın əsl faciəsini ortaya qoyurdu".

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

фото


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/366983.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR