Tərcümə Mərkəzi XXVIII Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təmsil olunur

Tərcümə Mərkəzi XXVIII Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təmsil olunur
15:13 4 Sentyabr 2015
45 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Tərcümə Mərkəzi XXVIII Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təmsil olunur.

Mərkəzdən Trend-ə verilən məlumata görə, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin nümayəndə heyəti Rusiyada keçirilən XXVIII Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edir. Sərgidə 400-dən artıq rus, 50-dən çox xarici ölkə nəşriyyatlarının, poliqrafiya müəssisələrinin məhsulları ilə yanaşı, Mərkəzin nəşrləri də nümayiş etdirilir.

Açılış günü milli stendi Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları ziyarət edib və nəşrlərimizlə yaxından tanış olublar.

“Bu səviyyəli sərgilər Azərbaycanın kitab müstəvisində baş verənlərin dünya oxucusuna təqdim olunmasında bir pəncərə rolunu oynayır” – deyən Tərcümə Mərkəzinin Aparat rəhbəri Yaşar Əliyev Sərgi çərçivəsində yeni və önəmli əlaqələrin də qurulduğunu bildirib.

Sentyabrın 6-a qədər davam edəcək sərgidə maraqlı tədbirlərin düzəniləcəyi, məşhur şair və yazıçılarla görüşlərin keçiriləcəyi də nəzərdə tutulur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2429988.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR