“Qəbələ”nin əvəzedici heyəti Koreya Respublikasının təmsilçisinə məğlub olub

“Qəbələ”nin əvəzedici heyəti Koreya Respublikasının təmsilçisinə məğlub olub
12:58 28 Yanvar 2015
473 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 28 yanvar, AzərTAc
“Qəbələ” futbol klubunun əvəzedici komandası Antalyada təlim-məşq toplanışında növbəti yoxlama oyununu keçirib.
Bu oyunadək 3 matça çıxan baş məşqçi Luis Araqonun komandası bu dəfə Asiya təmsilçisi ilə üz-üzə gəlib. “Qəbələ” Koreya Respublikasının təmsilçisi “Jeju Yunayted” ilə qarşılaşıb.
Klubdan AzərTAc-a bildiriblər ki, “Qəbələ” son yoxlama oyunundan məğlubiyyətlə ayrılıb. Məhsuldar keçən görüşdə “Qəbələ” 2 qol vursa da, sonda məğlub olub – 2:5. Komandamızın qollarını Müşfiq Teymurov və Vəzir Musayev vurublar.
Bu məğlubiyyət əvəzedicilərin Antalyada 3-cü uduzmağı olub. Bunadək komandamız Qazaxıstanın “Tobol”, Qananın “Liberti” kollektivlərinə 0:2 hesabı ilə uduzub. Almaniyanın aşağı dəstə təmsilçisi “Freyberq”lə qarşılaşmada isə tərəflərdən hərəsi bir qol vurub – 1:1.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qebelenin_evezedici_heyeti_Koreya_Respublikasinin_temsilchisine_meglub_olub-828002

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR