"Rəvan" UEFA Gənclər Liqasında rus klubu ilə qarşılaşacaq

Avropanın ən yüksək reytinqli 32 ölkəsinin U-19 Liqasının çempionlarının mübarizə aparacağı UEFA Gənclər Liqasının püşkatma mərasimi keçirilib. İlk dəfə bu formatda keçiriləcək yarışda Azərbaycanı "Rəvan” təmsil edir.

Püşkatmada əvvəl 16, ardınca isə növbəti mərhələdə üz-üzə gələcək 8 cütlük müəyyənləşib.

2014/2015-ci il mövsümündə AFFA-nın təşkil etdiyi U-19 Liqasının qalibi olmaqla, qitə miqyaslı turnirə vəsiqə qazanan "Rəvan” ilk mərhələdə Moskva "Spartak”ı ilə görüşəcək. "Aslanlar” Rusiya təmsilçisini mübarizədən kənarlaşdıracağı halda, növbəti mərhələdə "Şalke” (Almaniya) - "Ayaks” (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, 2015/2016-ci il mövsümdən UEFA Gənclər Liqası yeni formatda keçiriləcək. Çempionlar Liqasının 32 komandası yenə də 8 qrupda mübarizə aparacaq. Digər şaxədə isə 32 komanda - Avropanın ən yüksək reytinqli 32 ölkəsinin U-19 Liqasının çempionları yarışacaqlar.

I mərhələnin ilk oyunları sentyabrın 29-30-da, cavab oyunları oktyabrın 20-21-də keçiriləcək. II mərhələnin görüşləri 3-4 və 24-25 noyabrda oynanılacaq.

Bu mərhələnin 8 ən güclüsü Çempionlar Liqasının qrup mərhələsində 2-ci yeri tutanlarla pley-offda üz-üzə gələcək. Burada qalib gələn 8 komanda isə qrup birinciləri ilə 1/8 finalda qarşılaşacaqlar.

I mərhələ

Vilyareal (İspaniya) - Servett (İsveçrə)

APOEL (Kipr) - Felksut (Macarıstan)

Senitsa (Slovakiya) - Torino (İtaliya)

Rad (Serbiya) - Domjale (Sloveniya)

Reyms (Fransa) - Middlsbro (İngiltərə)

Elfsborq (İsveç) - Styarnan (İslandiya)

Brann (Norveç) - Anderlext (Belçika)

HİK (Finlandiya) - Seltik (Şotlandiya)

Şalke (Almaniya) - Ayaks (Hollandiya)

Pribram (Çexiya) - Zimbru (Moldova)

Zalsburq (Avstriya) - Jelezniçar (Bosniya və Herseqovina)

Saburtalo (Gürcüstan) - Midtyulland (Danimarka)

Aktobe (Qazaxıstan) - Beşiktaş (Türkiyə)

Spartak (Moskva, Rusiya) - RƏVAN (AZƏRBAYCAN)

Minsk (Belarus) - Vitorul (Rumıniya)

Liteks (Bolqarıstan) - Legiya (Varşava, Polşa)

II mərhələ

APOEL (Kipr)/Felksut (Macarıstan) - HİK (Finlandiya)/Seltik (Şotlandiya)

Rad (Serbiya)/Domjale (Sloveniya) - Elfsborq (İsveç)/Styarnan (İslandiya)

Vilyareal (İspaniya)/Servett (İsveçrə) - Brann (Norveç)/Anderlext” (Belçika)

Reyms (Fransa)/Middlsbro (İngiltərə) - Senitsa (Slovakiya)/Torino (İtaliya)

Spartak (Moskva, Rusiya)/ RƏVAN (AZƏRBAYCAN) - Şalke (Almaniya)/Ayaks (Hollandiya)

Aktobe (Qazaxıstan)/Beşiktaş (Türkiyə) - Zalsburq (Avstriya)/Jelezniçar (Bosniya və Herseqovina)

Saburtalo (Gürcüstan)/Midtyulland (Danimarka) - Liteks (Bolqarıstan)/Legiya (Varşava, Polşa)

Pribram (Çexiya)/Zimbru (Moldova) - Minsk (Belarus)/Vitorul (Rumıniya)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR