40 yaşlı Salyan sakini intihar etdi

40 yaşlı Salyan sakini intihar etdi
15:41 4 Sentyabr 2015
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyan rayonunda intihar hadisəsi baş verib.

ANS PRESS-in məlumatına görə, hadisə Salyan rayonunun Qarabağlı kəndində olub. 1975-ci təvvəllüdlü Vəliyev Şaiq sentyabrın 3-də axşam saatlarında özünü hamamda asaraq intihar edib.

Salyan rayonu Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Vəliyev Şaiqi yaxınları hamam otağında asılı vəziyyətdə tapıblar.

Müstəntiqin sözlərinə görə, yaxınları onun psixi cəhətdən problemlərinin olduğunu deyiblər. İntihar edən şəxs evli olub.

Hadisə ilə bağlı Salyan rayon Polis tərəfindən araşdırmalar aparılır.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=359862

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR