Səfirlik: Rusiya Dağlıq Qarabağ probleminin istisnasız olaraq sülh yolu ilə həllində israr edəcək

15:42 4 Sentyabr 2015
26 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 04 Sentyabr 2015 15:36 ]

Bakı. Türbət Bağırova - APA. “Rusiya ATƏT-in Minsk Qrupunun məsuliyyətli həmsədri kimi Qarabağ probleminin istisnasız olaraq sülh yolu ilə həllində israr edəcək”.

APA-nın xəbərinə görə, bu barədə Rusiyanın Ermənistandakı səfirliyindən “news.am” saytının sualına cavab olaraq bildirilib.

 

Səfirlik Rusiyanın xarici işlər naziri Serqey Lavrovun fikirlərindən sitat gətirib: “Rusiya Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında razılıq əldə olunmasına öz xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi baxır. Biz Dağlıq Qarabağ münaqişəsinin həllində ortaq məxrəc tapmağa çalışırıq. Ümid edirəm ki, irəliləyişə nail olacağıq”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/395693

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR