İtaliya liderliyə yüksəldi - VİDEOİCMAL

Avro-2016-nın təsnifat mərhələsi çərçivəsində millimizin də yer aldığı H qrupunda növbəti görüş keçirilib.

Metbuat.az-ın məlumatına görə, İtaliya Maltanı qəbul edib. Ev sahiblərinin asanlıqla qalib gələcəyi gözlənilirdi. Ancaq qonaqlar rəqiblərinə müqavimət göstərib. İtaliya yığması 69-cu dəqiqədə Qratsiano Pellenin vurduğu qol sayəsində minimal fərqlə qalib gəlib.

Avro-2016 təsnifat mərhələsi

H qrupu

İtaliya - Malta - 1:0

Qol: Pelle, 69

Bu oyunun ardından xallarının sayını 15-ə yüksəldən İtaliya H qrupunda birinci pilləyə yüksəlib.

Qarşılaşmanın videoicmalını təqdim edirik.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR