Azərbaycan ordusunun əsgəri şəhid olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Zərdab rayonundan hərbi xidmətə çağırılmış əsgər Orucov Samir Dadaş oğlu şəhid olub.
S. Orucovun ölümünə səbəb kimi sentyabrın 3-də silahla davranış qaydalarının pozulması nəticəsində yaralanması, əsgərə ilkin tibbi yardım göstərilməsinə baxmayaraq o, hərbi tibb müəssisəsinə aparılarkən yolda keçinməsi göstərilir.
Hadisə ilə bağlı cinayət işi başlanıb, faktla əlaqədar araşdırma aparılır.
Bəzi elektron kütləvi informasiya vasitələrində isə əsgərin atəşkəs rejiminin pozulması nəticəsində şəhid olduğu bildirilirdi.
(Foto Qafqaz info)